Bakı.Trend:
Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraqümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirovsaxlanılıb. O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğuevləri müşahidə edərək talama cinayətlərini gecə saatlarındatörətməyi planlaşdırıb. R.Dəmirovun analoji yolla Sabunçu rayonuərazisində də iki evdən 9000 manat dəyərində məişət əşyalarınıoğurladığı məlum olub.
Araşdırmalar davam etdirilir.