RU

Putinin fotosu Ağ Evdə asılıb - FOTO

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin birlikdə yer aldığı çərçivəli fotoşəklin Ağ Evdə yenilənmiş zallardan birində nümayiş etdirildiyi bildirilir.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti xəbərində Ağ Evin Qərb qanadını “Palm Room” (Palma otağı) adlandırılan otağın görüntülərini yayıb.

Yenilənmiş otağın interyerini əks etdirən fotolara əsasən, sözügedən kadr Tramp və Putinin 15 avqust 2025-ci ildə Alyaska ştatının Ankoric şəhərindəki hava limanının uçuş-enmə zolağında yanaşı dayandıqları anı əks etdirir.

Tramp və Putinin yer aldığı fotonun bir az altında isə Florida ştatında keçirilən yarışda Trampın nəvələrindən biri ilə başqa bir şəkli var.

Qeyd edilib ki, Tramp administrasiyasının Palma otağında etdiyi dəyişikliklər Ağ Evin digər hissələri ilə müqayisədə daha məhdud olub.

Избранный
30
cebheinfo.az

1Источники