Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi tərəfindən startap ekosisteminin inkişafına həsr olunan ”DemoDay” tədbiri təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov innovasiya və startap mədəniyyətinin universitet mühitində formalaşdırılmasının əhəmiyyətini vurğulayıb və gənclərin yaradıcı potensialının üzə çıxarılması üçün bu cür platformaların vacibliyindən danışıb.
ADAU İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev Mərkəzin fəaliyyəti, həyata keçirilən innovasiya proqramları və startaplara göstərilən institusional dəstək barədə məlumat verərək, DemoDay tədbirinin startapların inkişaf yolunda mühüm mərhələ olduğunu qeyd edib.
Tədbirin davamında müxtəlif sahələri əhatə edən startap komandaları öz layihələrini təqdim edib və innovativ həllər barədə iştirakçılara ətraflı məlumat veriblər. Təqdimatlar böyük maraqla qarşılanıb və universitetdə innovasiya ekosisteminin inkişafına töhfə verən ideyalar nümayiş etdirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта