RU

İran Ordusu 1000 ədəd PUA-nı silahlanmasına daxil edib

Müxtəlif növ 1000 ədəd taktiki pilotsuz uçuş aparatı (PUA) İran Ordusunun silahlanmasına daxil edilib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, sözügedən PUA-lar müasir tələblər nəzərə alınaraq yerli mütəxəssislər tərəfindən hazırlanıb və istehsal edilib.

Bildirilib ki, kamikadze, hücum, kəşfiyyat və elektron müharibə siniflərində olan bu PUA-lar, dənizdə, havada və quruda sabit və hərəkətli hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.

Избранный
48
poliqon.az

1Источники