RU

İlqar Safatın “LUCIDITY (Rejissor haqqında yuxular)” kitabının təqdimat mərasimi keçirilib – FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində teatr və kino rejissoru, yazıçı, ssenarist İlqar Safatın "LUCIDITY (Rejissor haqqında yuxular)" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə filosof Əli Abbasov, politoloq Moisey Bekker, Azərbaycanın Xalq artisti Mabud Məhərrəmov çıxış ediblər. Nəşrin teatr və kino sənətində düşüncə mexanizmlərini anlamaq baxımından mühüm mənbə olduğu, eyni zamanda fərdi yaradıcılıq təcrübəsini mədəni və mifoloji kontekstlə əlaqələndirdiyi vurğulanıb.

Fəlsəfi-ontoloji mətnlərdən ibarət olan nəşr teatr haqqında düşüncələr, yuxular, şüuraltı və rejissor təfəkkürü mövzularına həsr olunub. Kitabda müəllifin qısa nəsr nümunələri və avtobioqrafik qeydləri yer alır.

Tədbir konsert proqramı ilə müşayiət olunub. Azərbaycanın Xalq artisti Lyudmila Duxovnaya, müstəqil kurator Sabina Şıxşinskaya, rəssam, kinorejissor, fəlsəfə elmləri namizədi, tarixçi və incəsənət nəzəriyyəçisi Teymur Daimi və digər sənət nümayəndələrinin iştirak etdiyi tədbirdə nəşrin ideya məzmunu ətrafında müzakirələr aparılıb,  müəllif oxucular üçün kitabı imzalayıb.

Tədbir çərçivəsində İlqar Safatın udegey şamanizminə həsr olunmuş "Səma kökləri" adlı sənədli filmi də nümayiş etdirilib. Filmdə şamanın vəfat etmiş insanın ruhunu axirət dünyasına ötürmə mərasimi təsvir olunur. Udegeylər Rusiyanın Uzaq Şərq bölgəsində yaşayan azsaylı xalqlardan biridir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
4
1
milli.az

2Источники