RU

Bu gün general rütbəsi alan şəxslər kimdir?

Xəbər veriyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Publika.az xəbər verir ki, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslər Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanovdur.

General rütbəsi alan 34 yaşlı Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

38 yaşlı Elmir Ramazanov 2023-cü ildə Bakı Baş Gömrük İdarəsinin rəisi təyin olunub. O bundan əvvəl Dövlət Vergi Xidmətində çalışıb.

Избранный
35
2
publika.az

3Источники