RU

Maşın almaq adı ilə gəldiyi evdən oğurluq edən şəxs SAXLANILDI

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib.
 

Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracağını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.


Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Bizim.Media

Избранный
64
17
bizim.media

10Источники