RU

Şəhidimiz Seymur Qocayevin doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Seymur Qocayev 29 yanvar 1996-cı ildə Quba rayonunun Bağbanlı qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və daha sonra orduda qalaraq XTQ tərkibində xidmətini davam etdirib. O, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Murovdağ zirvəsi, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Seymur Qocayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!

Избранный
17
qht.az

1Источники