RU

Mingəçevirdə avarçəkmə üzrə Federasiya Kuboku keçiriləcək

Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə konsept trenajorda Federasiya Kuboku turniri baş tutacaq.

Apasport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçeviri təmsil edən 30-dan çox idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğularında keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.

Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"

Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub

Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib

Təmsilçilərimiz 3-cü yerin sahibi olublar

Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb

Избранный
48
7
apasport.az

10Источники