RU

Əcnəbi ilə ailə quranların DİQQƏTİNƏ: Bunları əvvəlcədən öyrənin

Ötən illərlə müqayisədə əcnəbilərlə ailə quran vətəndaşlarımızın sayında artım müşahidə olunur.

Xüsusilə qızlarımızı qeyd etmək istərdik. Çünki onlar bəzi səbəblərə görə xarici vətəndaşla evlənməyi üstün tuturlar. Kimisi xarici ölkə sevdası ilə, kimisi də yaxınlarının zülmündən qurtulmaq üçün xarici ölkələrə ərə gedirlər. Lakin əfsuslar olsun ki, əksər zamanlarda isə onlarən sevinci uzun çəkmir...

Maraqlıdır, əcnəbilərlə evlənən qızların sayı nə üçün artır? Həmin qızlar xarici ilə evlənəndə nələrə diqqət etməlidir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, gənclərimizin bir hissəsi sevdikləri üçün xarici vətəndaşlarla ailə qururlar:

"Bəziləri isə özünü kiməsə sübut etmək üçün bu addımı atır. Ümumiyyətlə, kimsə ailə qurub ölkədən qaçdığını düşünürsə, səhv edir. Əslində, bizim qızlar daha çox təsir altına düşürlər. Getdikləri ölkənin adətlərini tez mənimsəyərək bəzən özümüzünküləri unudurlar. Nəticədə, həmin ailədə böyüyən uşaq da azərbaycan adət-ənənələrindən xəbərsiz olur".

Ekspert qeyd edib ki, xarici vətəndaşla ailə quran qızlar həmin ölkənin qanunlarından xəbərdar olmalıdır:

"Çünki Avropanın elə ölkələri var ki, uşağı ata ilə saxlayırlar. Bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər. Hətta deyərdim ki, belə faktlar çox olub. Qız boşanmaq, ölkəsinə qayıtmaq istəyəndə qanun uşağı ona verməyib. Bu səbəbdən də əcnəbi ilə ailə qurmazdan öncə yüz ölçüb, bir biçmək lazımdır".

Günel

Избранный
41
25
hit.az

10Источники