"Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu seçilib.
"Ölkə.az" xəbər verir ki, norveçli futbolçu "Real"la matçda dubl edərək komandasının 1/16 finala yüksəlməsinə kömək edib.
Şelderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallisteri, "Çelsi"nin hücumçusu Joao Pedronu və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.