RU

Emin Əmrullayev regionların təhsil işçiləri ilə GÖRÜŞDÜ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev bu gün Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonları üzrə bir qrup qabaqcıl təhsil işçisi ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə feysbuk hesabında yazıb.

Görüş zamanı müasir pedaqoji yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb, tədris prosesində şagirdyönümlü metodların istifadəsi, tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasının önəmi qeyd edilib.

Eyni zamanda tədris prosesinin təşkili, metodiki dəstəyin gücləndirilməsi, ibtidai siniflərdə təlimin keyfiyyəti, dərsliklərlə bağlı mövcud vəziyyət, eləcə də digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.

Xədicə BAXIŞLI 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
21
redaktor.az

10Источники