RU

İran XİN rəhbəri sabah Türkiyəyə gedəcək

İran XİN rəhbəri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

 

Səfər çərçivəsində Abbas Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla görüşü nəzərdə tutulub.

 

Görüşdə nazirlər bölgədə yaranmış vəziyyət baxımından ikitərəfli münasibətləri müzakirə edəcək, Türkiyə və İran arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi aparaclaqlar.

 

Qeyd olunub ki, İranda sabitlik Türkiyə üçün böyük önəm daşıyır.

 

Nazirlərin həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəkləri də gözlənilir.

Избранный
32
35
senzor.az

10Источники