RU

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəfə Azərbaycan komandasının Çempionlar Liqasının pley-off mərhələsinə çıxmasının ölkədə futbolun inkişafına necə təsir edəcəyi barədə ehtimallarını dilə gətirib.

İdman.Biz-in məlumatına görə, o, “Çempionat”ın müxbiri Vladimir Çetverikə verdiyi müsahibədə pley-off mərhələsinə yüksəlməyin təkcə “Qarabağ” üçün deyil, bütövlükdə Azərbaycan futbolunun inkişafı üçün əhəmiyyətindən bəhs edib.

“Dövlət başçısı həmişə futbola böyük maraq göstərib. O, bu idman növünü sevir və nəticələri daim izləyir. Bu impulsdan yararlanmaq vacibdir - ölkədə futbol “bum”u var, uşaqlar oynamaq və məşq etmək istəyirlər. Mühüm qərarlar qəbul edilməlidir. Düşünürəm ki, bu, insanların akademiyalara, gənclərə və uşaqlara investisiya qoymalı olduğunu başa düşdüyü bir dönüş nöqtəsi olmalıdır. Çünki bu, təməldir. Ümid edirəm ki, bu, baş verəcək. Biz bundan bəhrələnməli və irəliləməyə başlamalıyıq” – qapıçı deyib.

O əlavə edib ki, bütün uşaqların futbol oynamaq istədiyi, hər kəsin özünü hansısa futbol ulduzunun adı ilə çağırdığı anı qaçırmamalıyıq.

“Uşaq futboluna investisiya qoymalı və 10 ildən sonra komandanın heyətində iki azərbaycanlı əvəzinə 11 nəfərin olacağını gözləməliyik” - Şahruddin Məhəmmədəliyev əlavə edib.

Pley-off mərhələsində PSJ ilə qarşılaşmaq arzusu

O, müsahibəsində Çempionlar Liqasının pley-off mərhələsində PSJ ilə qarşılaşmaq istədiyini də bildirib. Lakin PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovla qarşılaşmaq onun seçiminin əsas səbəbi deyil.

“Əlbəttə ki, PSJ ilə qarşılaşmağı üstün tutardım. Matvey Safonova görə yox, daha çox ulduzlu və tanınmış klub olduğu üçün. Həmişə ən yaxşı olanlarla oynamaq istəyirəm. Hamımız başa düşürük ki, həm “Nyukasl”, həm də PSJ-yə qarşı oyun çətin olacaq. Ona görə də parisli ulduzlarla oynamağa üstünlük verərdim. Amma başqa seçimim yoxdur” – Məhəmmədəliyev deyib.

“Qarabağ” pley-off mərhələsində ya “Pari Sen-Jermen” (Fransa), ya da “Nyukasl Yunayted”lə (İngiltərə) qarşılaşa bilər. Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-də başlayacaq.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələsi 2026-cı il fevralın 17-18-də və 24-25-də keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
50
icma.az

10Источники