RU

Tramp İranla danışıqların aparıldığını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp son günlərdə İranla danışıqlar apardığını və gələcəkdə də danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri həyat yoldaşı Melaniyanın filminin premyerasından əvvəl jurnalistlərə məlumat verib.

"Son günlərdə İranla danışıqlar aparıram və bunu davam etdirməyi planlaşdırıram", - o vurğulayıb.

Trampın sözlərinə görə, İran hakimiyyəti ilə təmasları zamanı o, iki əsas tələb irəli sürüb: nüvə silahının hazırlanmasından imtina etmək və etirazçılara qarşı güc tətbiqinə son qoymaq.

"İrana doğru çoxlu sayda böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - Ağ Ev rəhbəri əlavə edib.

Избранный
101
50
publika.az

10Источники