RU

Qızıl və gümüş kəskin ucuzlaşıb

Dolların bir qədər dəyər qazanması ilə qızılın qiyməti 6% düşüb. Bu, 21 oktyabrdan bəri görülən ən kəskin günlük ucuzlaşma olub. Gümüşün qiyməti isə 8,4%-ə qədər geriləyib.

Qızıl il ərzində artan geosiyasi gərginliklər və ABŞ Mərkəzi Bankının (FED) müstəqilliyinə dair narahatlıqların təsiri ilə kəskin bahalaşmışdı. Dolların dəyər itirməsi də qızılın qiymətinin artmasına dəstək vermişdi. Qiymətli metal təkcə bu ay ərzində təxminən 20 faizə qədər dəyər qazanmışdı.

"TD Securities"in qlobal əmtəə strategiyası üzrə rəhbəri Bart Melek, “Momentum zəifləyib və investorlar yüksək səviyyələrdə mənfəətlərini reallaşdırırmış kimi görünür” - deyə bildirib.

"Blue Line Futures"ın baş bazar strateqi Phil Streible isə səhm bazarlarındakı enişlərin, qiymətli və sənaye metalları da daxil olmaqla digər aktivlərdə də likvidasiyaya səbəb olduğunu qeyd edib.

Qızıl Bakı vaxtı ilə saat 08:27-də 2,7% ucuzlaşma ilə unsiya başına 5 min 272 dollardan, gümüş isə unsiya başına 112,7 dollardan ticarət edilib. Dünən qızılın qiyməti 5594 dolları, gümuşün qiyməti isə 121 dolları keçmişdi.

Избранный
63
24
marja.az

8Источники