Bu gün Misli Premyer Liqasında XVIII tur başlayır.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Yevlax şəhər stadionunda "Karvan-Yevlax" klubu "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 14:30-da start götürəcək.

Günün ikinci oyununda isə "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.