RU

Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub - FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, səfiri səmimi salamlayan Adil Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır.

"Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir", - A.Kərimli qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən səfir Birol Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. 

TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
12
50
bakivaxti.az

10Источники