RU

Adil Kərimli Birol Akgün ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Adil Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır. Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir.

Səmimi qəbula görə təşəkkür edən səfir Birol Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib.

Избранный
8
50
publika.az

10Источники