ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Norveç suveren sərvət fondu 2025-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, fondun ötən il investisiya gəlirliliyi 15,1 faiz təşkil edib ki, bu da 2 trilyon 362 milyard Norveç kronuna (247 milyard dollar) bərabərdir.
Səhm investisiyalarından 19,3% gəlir əldə edən fondun 31 dekabr 2025-ci il tarixinə ümumi bazar dəyəri 21 trilyon 268 milyard Norveç kronu (2 trilyon 221 milyard dollar ) təşkil edib.
Ötən il fond sabit gəlirli qiymətli kağızlara investisiyalardan 5,4% gəlir əldə edib və açıq şəkildə ticarət olunmayan daşınmaz əmlak investisiyalarından 4,4% qazanc əldə edib.
Fondun portfel bölgüsünün 71,3%-i səhmlərdən , 26,5%-i sabit gəlirli qiymətli kağızlardan, 1,7%-i daşınmaz əmlak investisiyalarından və 0,4%-i özəl müəssisələrdə bərpa olunan enerji infrastrukturuna investisiyalardan ibarət idi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.