RU

Restoranda hesab üstündə tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə adam bıçaqlamaqda təqsirləndirilən Rabil Nurullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Hadisə 15 dekabr 2023-cü il tarixdə saat 00:18 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən "Turist" restoranının həyətində qeydə alınıb. Belə ki, Nurullayev Rabil Adil oğlu restoranda sifariş etdikləri yeməyin pulunun ödənilməsi ilə əlaqədar tanışı, həmkəndlisi Ağayev Asiman Arzuman oğlunu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

 

Kamal Məmmədov 

Tarix: 30 Yanvar 2026, 09:48   
Избранный
18
23
pravda.az

10Источники