RU

"UBS" qızılproqnozunu 6200 dollara qaldırıb

Müəllif:Mehin Qasımova,Banco.az

İsveçrənin "UBS" investisiya bankı 2026-cı ilin mart, iyun və sentyabr ayları üçün qızılın qiymət proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, bank yeni hesabatında qızılın bir unsiyasının 6200 dollara qədər bahalaşa biləcəyini bildirib. Əvvəlki proqnoz unsiya üçün 5000 dollar səviyyəsində idi.

UBS-in nikbin gözləntilərini qızıl bazarındakı mövcud dinamika da dəstəkləyir.

Bank analitikləri mərkəzi bankların davamlı və güclü qızıl alışlarını, qızıl ETF-lərinə artan kapital axınlarını, eləcə də fiziki külçəyə tələbin yüksəlməsini qarşıdakı illərdə qiymətlərin artımını şərtləndirən əsas amillər kimi qiymətləndirirlər.

Qızıl son altı ayda 61,49% bahalaşıb, ilin əvvəlindən etibarən gəlirlilik isə 24,79%-ə çatıb ki, bu da bazarda güclü tələbi əks etdirir.

UBS-in müsbət proqnozu ABŞ-da real faiz dərəcələrinin azalması, qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etməsi və ABŞ daxili siyasəti ilə bağlı risklərin artması ilə əlaqələndirilir. Xüsusilə qarşıdan gələn aralıq seçkilər fonunda maliyyə təzyiqlərinin güclənməsi qızılı “təhlükəsiz liman” kimi daha da cəlbedici edir.

Избранный
35
4
banco.az

10Источники