RU

"İlk dəfə deyil ki, qapıçı mənim komandama qol vurur" - "Real Madrid"in baş məşqçisi

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 8-ci turunda "Benfika"ya səfərdə məğlub olduqları oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında Portuqaliya nəhənginin qapıçısı Anatoli Trubinin 90+8-ci dəqiqədə vurduğu qoldan da danışıb: 

"Əvvəlcə deyim ki, qapıçının mənim komandama qol vurması halı ilk deyil. Aydındır ki, onlar risk etməli idilər. İki oyunçu azlıqda oynayırdıq və ilk "8-liy"ə düşmək üçün qol vurmalı idik. Onlar da risk etdilər, biz də. Sonda qalib gəldilər".

"Real Madrid" Lissabonda "Benfika"ya 2:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyət "Real Madrid"i 1/8 finala birbaşa vəsiqə qazanmaq şansından məhrum etdi. Trubinin başla qolu sayəsində "Benfika" top fərqinə görə "Olimpik Marsel"i keçərək 24-cü yerin sahibi kimi pley-offa vəsiqə qazandı. 

Избранный
2
fanat.az

1Источники