RU

Rusiyadan Avropaya çağırış: Yalnız o, Moskva ilə dil tapa bilər

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikovun sözlərinə görə, fransız siyasətçisi Jan-Lük Melanşon həm Avropa, həm də Ukrayna ilə münaqişənin həlli üçün Avropanın ən yaxşı danışıqçısı ola bilər.

Publika.az xəbər verir ki, parlament üzvü öz fikrini Lenta.ru ilə bölüşüb.

“Mənim fikrimcə, xüsusilə Ukrayna məsələsində, təkcə təhlükəsizlik məsələləri, NATO-nun genişlənməsi və bir çox digər mövzularda deyil, yaranmış qarşıdurmanın həlli üçün ən yaxşı Avropa danışıqçısı məşhur fransız siyasətçisi Jan-Lük Melanşondur", - Novikov deyib.

Ötən il ifrat solçu fransız siyasətçisi Jan-Lük Melanşon Fransadakı siyasi çıxılmaz vəziyyətə son qoymağın yeganə yolunun Makronun istefası olduğunu bəyan etmişdi.

Избранный
47
50
publika.az

10Источники