Avropa Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsi başa çatıb.
QOL.az xəbər verir ki, bu mərhələnin bombardiri “Ludoqorets”in (Macarıstan) yarımmüdafiəçisi Petar Staniç olub.
Serbiyalı futbolçu 8 matçda 7 qol (onlardan üçü penaltidən) vuraraq bombardirlər yarışında birinci yeri tutub. 6 qolla Portuqaliyanın “Braqa” klubunun uruqvaylı hücumçusu Rodriqo Salasar və “Nottingem Forest”in braziliyalı forvardı İqor Jezus fərqləniblər.