RU

Qarabağ a sevindik, amma gəlin, 6:0 dan danışaq SƏBƏBLƏR

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hər şeydən öncə "Qarabağ"ın tarixi nailiyyətə imza atmasını bir daha qeyd etmək və bütün kollektivə bu xoşbəxtliyi azərbaycanlılara yaşatdığına görə təşəkkür etmək lazımdır.

İndi isə "atlılar"ın nəyə görə belə böyük hesabla - 6:0 uduzduğunu təhlil etmək yerinə düşər. Çünki Ağdam təmsilçisi indiyə qədər güclü rəqiblərlər başabaş oynayıb. Yəni "Liverpul"a qədər gözləmədiyimiz böyük nəticələr əldə edib. Hətta "Qarabağ"ın qələbə qazanacağına ümid bəsləyənlər də az deyildi, həmçinin ən azı heç-heçə edəcəyinə inam yaranmışdı. Amma təəssüflə qeyd etmək lazımdır ki, ingilislər demək olar ki, müqavimətlə üzləşmədi. İndiyə qədər möcüzə hesab etdiyimiz və öyrəncəli olduğumuz nəticələr bu dəfə özünü göstərmədi. Bəziləri hətta "Qarabağ"ın belə aciz vəziyyətə düşdüyünü görməmək üçün matça tam baxmadığını söylədi.

Ölkə.Az xəbər verir ki, tanınmış "343" yutub səhifəsinin analitiki Cavid Zaidov maraqlı məqamlara diqqət çəkib. O, darmadağının əsas səbəbi kimi Qurban Qurbanovun oyun üslubunu göstərib.

"Xatırlayırsınızsa, qeyd etmişdik ki, "Qarabağ"ın inkişaf etdirə biləcəyi oyun aspekti məhz topsuz oyundur. Harada ki bizdə çoxlu problemlər yaranır və "Liverpul" bu problemləri çox rahatlıqla, çılpaqlıqla üzə çıxardı. İkinci məqam isə Qurban Qurbanovun prinsipial tərsliyidir. Yəni onun peşəkar prinsipiallığıdır ki, Qurban müəllim dəfələrlə deyir ki, bizim oyun üslubumuz var və bu, heç vaxt dəyişməyəcək. Amma "Qarabağ"ı az-çox araşdıran, hətta oyun içində "atlılar"ı başa düşmək istəyən rəqib üçün Ağdam təmsilçisini çözmək həddindən artıq asan olur. Əbəs yerə deyil ki, biz daima yavaş-yavaş topu qapımızdan çıxarmaq istəyirik. "Liverpul"un isə ön xəttində olan pressinqi həddindən artıq güclüdür. Bir növ biz ingilis klubunun güclü tərəfinə oynamış oluruq. Çünki "Liverpul"un uğursuz mövsümündə Slot (baş məşqçi) dəfələrlə bildirib ki, rəqiblər bizimlə necə oynamağın sirrini açıblar. Bu ondan ibarətdir ki, bizimlə öz meydanlarının üçdə bir hissəsində pressinq etmirlər, qısa paslarla oynamırlar, uzun toplar çıxardırlar və orta sahədə "Liverpul"un problemləri yaranır. Əbəs yerə deyil ki, onlar qeyri-sabit mövsüm keçirirlər".

Cavid Zairov

Mütəxəssis vurğulayıb ki, rəqiblərə uyğun olaraq adaptasiya oynamaq lazımdır: "Çünki nəzərə alaq ki, "Qarabağ" Çempionlar Liqasında öz büdcəsinə görə ən aşağı büdcəyə sahib olan 4 klubdan biridir. Yəni "atlılar" ingilislərlə onlar kimi oynaya bilməz". 

Elçin Cəlilov

"FutbolPress" saytının baş redaktoru, tanınmış idman jurnalisti Elçin Cəlilov isə vurğulayıb ki, 3-cü qoldan sonra Qurban Qurbanovun əvəzetmələrə başlamalı idi. "Andrade qarışıq sağ cinah “əmək qabiliyyətini” itirmişdi. Elvin meydanda qalmaqla sağ vinger mövqeyinə Nəriman, Duranın yerinə Musa, Zubirin əvəzinə Toral oyuna girsə, böyük təcrübə toplayardılar. Bu, millinin oyunçularına əvəzedilməz səviyyə hissiyyatı yaşadardı. Təəssüf ki, əvəzetmələrə 5-ci qoldan sonra əl atıldı. Meydana stimulsuz çıxmaq… 

“Qarabağ”ı pley-off mərhələsinə yüksəlmək münasibətilə təbrik etmək də ağlıma sığmır. İstəmirəm həvəskar yanaşma edim. 12 ildir sərasər avrokuboklarda ən azı qrup mərhələsinə yüksələn “atlılar” üçün rasional olmaq vaxtıdır…", - deyə jurnalist "Kaş ki..." məqaləsində vurğulayıb.

Miri

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
115
50
olke.az

10Источники