RU

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsini nəzərdən keçirir.

"Far.Az" Dünya Bankına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 15 milyon ABŞ dollarıdır.

Onun Dünya Bankının Direktorlar Şurasında təsdiq edilməsi bu il aprel 23-nə planlaşdırılıb. Layihə bütün ölkə ərazisini əhatə edəcək, eyni zamanda maliyyə vasitəçilərinin cəlb edilməsi nəzərdə tutulmur.

Xəbər yenilənir

Избранный
64
50
far.az

10Источники