RU

Avropa Liqasında pley-offun bütün iştirakçıları müəyyənləşdi


Ümumi mərhələnin səkkiz turundan sonra Avropa Liqası çempionluğu uğrunda mübarizəni davam etdirəcək 24 komanda açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, ümumi mərhələdə otuz altı komanda iştirak edib.
İlk səkkiz komanda 1/8 finala vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off mərhələsində oynayacaqlar.
1/8 finala vəsiqə qazanan komandalar Fransanın “Lion”, İngiltərənin “Aston Villa” (hər ikisi 21 xal), Danimarkanın “Midtyullan” (19 xal), İspaniyanın “Betis”, Portuqaliyanın “Porto” və “Braqa”, Almaniyanın “Frayburq” (hər biri 17 xal) və İtaliyanın “Roma” (16 xal) komandaları olub.
1/8 finala vəsiqə uğrunda matçlarda Belçikanın “Genk” (16 xal), İtaliyanın “Bolonya”, Almaniyanın “Ştutqart”, Macarıstanın “Ferensvaroş” (hər biri  15 xal), İngiltərənin “Nottinqem”, Çexiyanın “Viktoriya”, Serbiyanın “Srvena Zvezda” (hər biri 14 xal), İspaniyanın “Selta” (13 xal), Yunanıstanın “PAOK” və “Panatinaikos”, Fransanın ”Lill”, Türkiyənin “Fənərbağça” (hər biri 12 xal), Şotlandiyanın “Seltik” (11 xal), Bolqarıstanın “Ludoqorets”, Xorvatiyanın “Dinamo Zaqreb” (hər ikisi 10 xal) və Norveçin “Brann” (9 xal) komandaları oynayacaq.
Pley-off mərhələsinin püşkatması 30 yanvarda keçiriləcək. İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda baş tutacaq. 1/8 finalın açılış oyunları 12 martda, cavab oyunları isə 19 martda keçiriləcək.
Избранный
17
yeniavaz.com

1Источники