RU

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub  

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Избранный
78
8
azerbaijan-news.az

10Источники