RU

14 ildən sonra: Birbaşa uçuşlar bərpa edildi

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar 14 illik fasilədən sonra  bərpa edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus BG-341 reys nömrəli təyyarə Banqladeşin paytaxtı Dəkkədə yerləşən "Hazrat Shahjalal" Beynəlxalq Hava Limanından yerli vaxtla saat 20:00-da havaya qalxıb.

Təyyarə yerli vaxtla saat 23:00-da Pakistanın Karaçi şəhərindəki "Cinnah" Beynəlxalq Hava Limanına enib. Bu uçuş Banqladeş ilə Pakistan arasında 14 ildən sonra həyata keçirilən ilk birbaşa reys kimi qeydə alınıb.

Ümumilikdə 150 sərnişinin iştirak etdiyi uçuş Pakistan və Banqladeşli rəsmi şəxslərin iştirakı ilə baş tutub.

Qeyd edək ki, iki ölkə arasında birbaşa uçuşlar Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina Vecid dövründə “təhlükəsizlik” səbəbilə dayandırılmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
66
2
cebheinfo.az

2Источники