RU

Ölkənin ən gənc generalı bu şəxsin oğlu imiş — FOTO

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının da yüksəkvəzifəli şəxs olduğu bildirilir.

Məlumata görə, F.Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.

“Unikal”ın məlumatına görə, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.


Telegram kanalımız
Избранный
14
16
yenisabah.az

10Источники