RU

Venesuela hava məkanını açır Rodrigez açıqladı

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuela hava məkanının kommersiya uçuşları üçün yenidən açılması ilə bağlı açıqlamasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Rodrigez paytaxt Karakasda çıxışı zamanı 2025-ci ilin noyabr ayından etibarən kommersiya uçuşlarına tətbiq edilən bütün məhdudiyyətlərin ləğv olunduğunu açıqlayıb.

Rodrigez həmçinin ABŞ dövlət katibi Marko Rubio ilə də danışdığını bildirərək iki ölkə arasında mühüm addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, “Venesuelanın kommersiya hava məkanına tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edirik. Gəlməli olan bütün aviaşirkətlər və investorlar ölkəmizə gəlməlidir.”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən ilin ilk kabinet iclasında Venesueladakı mövcud vəziyyətlə bağlı açıqlama verib. Tramp bildirib ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə telefon danışığı aparıb və ona Venesuela üzərindəki bütün kommersiya hava məkanının açılacağını çatdırıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
4
icma.az

10Источники