RU

Bu il Estoniya Ermənistanda səfirlik açacaq

BAKI, 30 yanvar. TELEQRAF

Estoniya bu il ərzində Ermənistanda diplomatik nümayəndəliyini (səfirlik) açmağı hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" hesabında paylaşım edib.

Nazir Brüsseldə ermənistanlı həmkarı Ararat Mirzoyanla baş tutan qeyri-rəsmi görüşünə toxunaraq bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr yeni mərhələyə qədəm qoyur.

"Brüsselin insanları bir araya gətirmək xüsusiyyəti var. Həmkarım və dostum Ararat Mirzoyanla spontan görüşümüz baş tutdu. Başqa heç bir yerdə olmasa da, bu il İrəvanda Estoniya səfirliyinin açılışı zamanı mütləq yenidən görüşəcəyik",- o qeyd edib.

Избранный
45
22
teleqraf.com

10Источники