
Böyük Britaniya ABŞ-nin İrana mümkün hücumunda iştirak etməyəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, London hesab edir ki, İrana ilk zərbə Britaniyanın beynəlxalq hüquq anlayışına uyğun gəlmir.
Lakin qəzet qeyd edir ki, Britaniya Hərbi hava Qüvvələri Yaxın Şərqdəki müttəfiqlərini qorumaq üçün İranın cavab zərbəsini dəf etməkdə iştirak edə bilər.
Daşqın HəsənovMissiya.Az