RU

Ötən il Qarabağda 5 milyard manatlıq bərpa quruculuq aparılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və yaxud 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və yaxud 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və yaxud 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və yaxud 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
28
xalqqazeti.az

10Источники