
ABŞ prezidenti Donald Tramp son günlər İranla danışıqlar apardığını və bu təmasları davam etdirməyi planlaşdırdığını bildirib. Tramp jurnalistlərin suallarını cavablandırarkən danışıqların konkret olaraq kimlə və nə vaxt aparıldığını açıqlamayıb.
Amerika lideri eyni zamanda ABŞ-ın bir sıra “çox güclü” hərbi gəmilərinin İran istiqamətində hərəkət etdiyini bir daha vurğulayıb. O, hərbi gücdən istifadənin arzuolunan olmadığını qeyd edərək, “Əgər onlardan istifadə etməsəydik, bu, əla olardı”, – deyə bildirib.
Tramp açıqlamasında Tehrana irəli sürülən əsas tələbləri də açıqlayıb. Onun sözlərinə görə, ABŞ İran qarşısında iki əsas şərt qoyur: nüvə silahına sahib olmamaq və ölkə daxilində etirazçıların öldürülməsinə son qoymaq.
ABŞ prezidentinin bu bəyanatları Vaşinqton–Tehran münasibətlərində gərginliyin davam etdiyini göstərir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта