RU

Azərbaycan klubları ötən il futbolçu satışlarından 9,5 milyon dollar qazanıb

FIFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb.

“İki sahil” xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.

Ötən il ölkəmizə 162 oyunçu transfer olunub, 95 futbolçu isə xarici klublara keçib. Azərbaycan klubları transferlər üçün 4.96 milyon dollar xərcləyib, satışlardan isə 9.53 milyon dollar gəlir götürüb.

Azərbaycana gələn futbolçuların sayı 45,9 faiz artsa da, ölkə xaricinə transferlərdə 41,8 faiz azalma qeydə alınıb.

Избранный
6
4
ikisahil.az

10Источники