RU

Tramp İrana qarşı tələblərini açıqlayıb: Mən onlara iki şey dedim

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Birincisi, nüvə silahına icazə verilməməsi, ikincisi, etirazçıları öldürməyi dayandırmaq"

ABŞ Prezidenti Donald Tramp son günlərdə İranla bağlı danışıqlar apardığını və onları davam etdirməyi planlaşdırdığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin sualına cavab olaraq bildirib ki, “danışıqlar olub və davam etdirməyi planlaşdırıram".

Lakin Amerika lideri dəqiq kiminlə və nə vaxt danışıqlar apardığını açıqlamayıb.

ABŞ Prezidenti həmçinin "çox güclü" ABŞ gəmilərinin hazırda İrana getdiyini təkrarlayıb: "Onlardan istifadə etməsəydik, əla olardı".

Amerika lideri həmçinin Tehrana qarşı tələblərini açıqlayıb: "Mən onlara iki şey dedim. Birincisi, nüvə silahına icazə verilməməsi. İkincisi, etirazçıları öldürməyi dayandırmaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
75
6
ayna.az

10Источники