RU

Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb

Türkiyə Statistika Qurumunun və türkiyə Ticarət Nazirliyinin əməkdaşlığı ilə hazırlanmış xarici ticarət göstəriciləri açıqlanıb.

Marja xəbər verir ki, 2025-ci ilin dekabr ayında Türkiyənin ixracı əvvəlki ilin eyni ayına nisbətən 12,7% artaraq 26 milyard 373 milyon dollar, idxal isə 10,7% artaraq 35 milyard 674 milyon dollar olub. Dekabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına nisbətən 5,6% artaraq 8 milyard 811 milyon dollardan 9 milyard 301 milyon dollara yüksəlib. İxracın idxalı qarşılama nisbəti 2024-cü ilin dekabr ayında 72,7% ikən, 2025-ci ilin dekabrında 73,9% olub.

Yanvar–Dekabr dövründə ixrac 4,4%, idxal 6,2% artıb

2025-ci ilin yanvar–dekabr dövründə Türkiyənin ixracı 2024-cü ilin eyni dövrünə nisbətən 4,4% artaraq 273 milyard 361 milyon dollar, idxalı isə 6,2% artaraq 365 milyard 370 milyon dollar təşkil edib.

Ötən il xarici ticarət kəsiri 11,9% artıb

2025-ci ilin Yanvar–Dekabr dövründə Türkiyənin xarici ticarət kəsiri 11,9% artaraq 82 milyard 232 milyon dollardan 92 milyard 9 milyon dollara yüksəlib. İxracın idxalı qarşılama nisbəti 2024-cü ilin yanvar–dekabr dövründə 76,1% ikən, 2025-ci ilin eyni dövründə 74,8%-ə geriləyib.

Избранный
21
50
marja.az

10Источники