RU

“Neuralink” 21 nəfərin beyninə çip yerləşdirdi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikalı iş adamı İlon Maskın sahibi olduğu “Neuralink” şirkəti indiyədək 21 nəfərin beyin çipi sınaqlarına cəlb edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, şirkət təxminən iki ildir davam edən insan üzərində sınaqlar çərçivəsində mühüm irəliləyişlər əldə edib.

Məlumata görə, bu çiplər əsasən iflic və sinir sistemi zədələnmiş şəxslərin kompüter, telefon və digər elektron cihazları düşüncə gücü ilə idarə etməsinə imkan yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, İlon Mask 2024-cü ilin yanvarında ilk dəfə insan beyninə çip yerləşdirildiyini ictimaiyyətə açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
axar.az

1Источники