RU

Bakıdakı taksi Sumqayıta getsə 50 manat CƏRİMƏLƏNƏCƏK

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Bir neçə gündür ki, taksi sürücülərinə fəaliyyətlərinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında icazə veriləcəyi ilə bağlı bildirişlər gəlir.

Yəni zonalar üzrə buraxılışlarda Bakıda işləmək üçün qeydiyyatdan keçənlər Sumqayıtda çalışa bilməzlər və yaxud əksinə. Sürücülər qazanclarına təsir göstərdiyi üçün bu qaydadan narazıdırlar.

Modern.az xəbər verir ki, Onlar Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, bu qərar düzgün deyil, çünki bir ərazidən digər yerə sərnişin aparan taksi oradan da dolu qayıtmalıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə diqqətə çatdırılıb ki, bu qaydaya əməl etməyənlər 50 manat cərimələnəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
18
modern.az

10Источники