RU

Deputat: Sosial mediada alçaldıcı ifadələr işlədən şəxslər məsuliyyətdən kənarda qalmayacaq

BAKI, 30 yanvar. TELEQRAF

Sosial mediada təhqir ritorikasının cəmiyətimizdə bu qədər geniş yayılması həqiqətən də çox üzücüdür. Hər hansı bir hadisəni tənqid etmək sağlam cəmiyyətin göstəricisidir, lakin təhqirə keçmək, insanların şəxsi həyatını müzakirə predmetinə çevirmək və klaviatura arxasında qəhrəmanlıq nümayiş etdirmək, əslində, daxili gücsüzlüyün göstəricisidir.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, özünə güvənən insan başqalarını alçaltmaqla deyil, öz əməli, davranışı və cəmiyyətə verdiyi fayda ilə ön plana çıxmağa çalışar. Qarşısındakı insana kobud sözlər deməklə heç kimin yüksəlmədiyini anlayar.

"Ümid edirəm ki, yeni qəbul olunmuş hüquqi normalar bu sahədə də öz təsirini göstərəcək və əsassız təhqir, alçaldıcı ifadələr işlədən şəxslər məsuliyyətdən kənarda qalmayacaq. Necə ki, real həyatda qaydaları pozduqda cərimə və məsuliyyət anlayışı mövcuddur, eyni yanaşmanın sosial münasibətlərdə də tətbiqi ədalətin və mədəniyyətin qorunması baxımından vacibdir.

Təsəvvür edin ki, heç bir qayda və məsuliyyət mexanizmi olmasa, hər kəs avtomobili istədiyi kimi idarə etsə, küçəni istədiyi yerdən keçsə, ümumi nizam necə pozular? Sosial münasibətlər də eyni prinsiplərlə tənzimlənməlidir. Hörmət, etik davranış və məsuliyyət cəmiyyətin sağlam gələcəyinin əsas şərtləridir", - o əlavə edib.

Избранный
51
33
teleqraf.com

10Источники