Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin ilə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib. Lakin o, Kreml liderini Kiyevə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenskinin jurnalistlərə açıqlamasında bildirib.
“Əlbəttə, mənim Moskvada Putin ilə görüşməyim mümkün deyil. Bu, Putin ilə Kiyevdə görüşməklə eynidir.
Mən onu Kiyevə də dəvət edə bilərəm - qoy gəlsin. Sözsüz ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edirəm”, - deyə Zelenski bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта