RU

Tramp “İran danışıqları”nı kimin vasitəsilə aparır? AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp son günlər İranla bağlı danışıqlar apardığını və bunu davam etdirməyi planlaşdırdığını bildirib: "Danışıqlar olub və davam etdirməyi planlaşdırıram".Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu prezident müxbirlərinin sualına cavab olaraq bildirib.

Lakin Amerika lideri dəqiq kiminlə və nə vaxt danışıqlar apardığını açıqlamayıb.

ABŞ prezidenti həmçinin bir çox nəhəng ABŞ gəmilərinin hazırda İrana ıtrafında yerləşdiyini  təkrarlayıb. "Onlardan istifadə etməli olmasaydıq, əla olardı", - deyə o bildirib.

Amerika prezidenti həmçinin Tehrana qarşı tələblərini də açıqlayıb."Mən onlara iki şey dedim. Birincisi, nüvə silahına son qoyulsun. İkincisi, etirazçıları öldürməyi dayandırın", - deyə Tramp bildirib.Bəzi iddialara görə, Trampla İran arasında vasitəçiliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
91
50
modern.az

10Источники