RU

Azərbaycanda yeni Akademiya yaradıla bilər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Azərbaycanda Heydər Əliyev adına Kulturoloji Akademiya yaradılmalıdır. Kulturoloji məktəbin əsas məqsədi sistemli bilik verən kulturoloji akademik mühit formalaşdırmaqdır".Demokrat.az xəbər verir ki, bu sözləri kulturoloq Fuad Məmmədov “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında deyib. O bildirib ki, bu, həm də beynəlxalq münasibətlərdə mədəni dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:"Bu sahədə xüsusi önəm veriləsi məsələlərdən biri də kulturoloji ekspertizanın formalaşdırılmasıdır. Kulturoloji yanaşmalar bütün sahələrdə tətbiq olunmalıdır. Çünki mədəniyyət təkcə bir istiqaməti deyil, ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edən geniş bir fenomendir. Bu səbəbdən problemlər də çoxşaxəlidir və kompleks yanaşma tələb edir".O deyib ki, konsepsiya çərçivəsində Azərbaycan üçün əsas hədəf yüksək mədəniyyətə malik vətəndaşın formalaşdırılmasıdır."Məhz belə vətəndaş ölkənin dayanıqlı inkişafının, rəqabət qabiliyyətinin və təhlükəsiz gələcəyinin əsas resursu hesab olunur"- deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
29
demokrat.az

10Источники