RU

Bu il Naxçıvanda "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək

Naxçıvan, 30 yanvar, AZƏRTAC

Ötən illərdə Naxçıvanda "Qərbi Azərbaycana Qayıdış" festival-konqresləri keçirilib. Tədbirə böyük maraq var. Bu baxımdan 2026-cı ildə də "Qərbi Azərbaycana Qayıdış" festival-konqresinin keçirilməsi planlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media üçün keçirdiyi brifinqdə səsləndirib.

Rektor qeyd edib ki, hazırda festival-konqresin keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunur. Tədbirin Ordubad rayonunda keçirilməsi nəzərdə tutulub.

 

Избранный
32
50
azertag.az

10Источники