RU

TƏHLÜKƏ: Güclü qar onlarla insanın həyatını aldı

ABŞ-da baş verən qar fırtınası və güclü soyuqlar nəticəsində ölənlərin sayı 85-ə çatıb.

KONKRET.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, ölüm hallarının yarısından çoxu Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb. Fırtına Teksasdan Nyu-Cersiyə qədər ərazini əhatə edib.

Missisipi və Tennessi ştatlarında yol təmizləmə, yolda qalan sürücülərə və elektrik enerjisindən məhrum olan sakinlərə yardım etmək üçün Milli Qvardiyanın yüzlərlə hərbçisi səfərbər edilib.
Milli Meteorologiya Xidməti isə Arktik havanın ABŞ-ın cənğub-şərqinə doğru hərəkəti səbəbindən temperaturun daha da aşağı düşəcəyi barədə xəbərdarlıq edib.

Neşvill şəhərində cümə gecəsi temperatur -10 °C-dək düşə bilər, külək effektini nəzərə alsaq isə -18 °C-ə qədər hiss olunması mümkündür.

Rəsmi məlumatlara görə, Missisipinin şimal hissəsində I-55 və I-22 magistral yollarının bəzi hissələri bağlıdır və buzlu yollara görə təhlükə davam edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
66
20
konkret.az

10Источники