RU

ADMİU-da beynəlxalq tələbə elmi konfransı keçiriləcək

Bakı, 30 yanvar, AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Günü münasibətilə “Teatr 2.0: Ruh və kod” adlı beynəlxalq tələbə elmi konfransı keçiriləcək.

Konfrans haqqında AZƏRTAC-a məlumat verən ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov bildirib ki, konfransın əsas məqsədi tələbələri “Teatr 2.0: Ruh və kod” mövzusu ətrafında birləşdirərək vahid elmi problem üzərində düşünməyə, mövcud yanaşmalara münasibət bildirməyə və müzakirəyə cəlb etməkdir. Bununla yanaşı, fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrdə elmi-nəzəri təfəkkürü və yaradıcı düşüncəni inkişaf etdirmək, onların tədqiqatçılıq bacarıqlarının formalaşmasına dəstək vermək hədəflənir.

O əlavə edib ki, tədbir ADMİU-nun əsas binasında hibrid formada təşkil ediləcək. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Beynəlxalq konfransa qatılmaq istəyən tələbə və magistrlər 4-7 səhifədən çox olmayan məruzələrini elektron mətn şəklində martın 2-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin bakalavr və magistr tələbələri iştirak edir.

Избранный
21
azertag.az

1Источники