Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yanvarın son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 3–6° isti, gündüz isə 12–17° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–85 %, gündüz 55–60 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 0–5° isti, gündüz 13–18° isti, dağlıq ərazilərdə gecə 0–5° şaxta, gündüz isə 10–15° isti olacaq.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.