RU

Qeyri etik çağırışlara cərimə gəlir

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı

Sosial mediada yeni məsuliyyət dövrü başlayır

Sosial şəbəkələrdə qanunsuzluğa son verilir, rəqəmsal məkan nəzarətə götürülür

Süni intellektin demək olar hər sahəni əhatə etməyə başladığı dünyamızda cərəyan edən proseslər rəqəmsallaşmanın əhəmiyyətini daha da artırır. Azərbaycanda bu sahədə son illərdə müsbət irəliləyiş, inkişaf göz önündədir. “Elektron hökumət” portalı elektron iştirakçılıq, açıq hökumət modellərinə keçidi təmin edib və vətəndaş da müasir texnologiyalara çıxış imkanı qazanıb. Bir çox sənədlərin əldə edilməsi artıq elektron formada mümkündür. Əvvəlcə e.gov.az, daha sonra isə myGov.az portalları vasitəsilə elektron qaydada xidmət almaq asanlaşıb. Rəqəmsallaşma hər nə qədər üstün cəhətlərə malik olsa da, təhlükələr də az deyil. Məhz mümkün risklər nəzərə alınaraq bir sıra qanunlara dəyişikliklər edilməsi zərurəti yaranır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq əsasnamələrə dəyişikliyi təsdiqləyən sərəncam və fərmanlar imzalanıb. Bunlardan biri “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilməsidir.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib. Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sisteminin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Eyni zamanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə” də Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənib. Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (bundan sonra ̶̶ RDMİS) formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə RDMİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə RDMİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Əsasnamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Rəqəmsal mühitin təhlükələri bununla bitmir. Son zamanlar internet resurslar üzərindən qeyri-etik, hüquqi normaları aşan məzmunların yayılması, paylaşılmasının cəmiyyətə vura biləcək zərərlərinin qarşısı almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təsdiqlənib. Məcəlləyə görə, cəmiyyəti açıq şəkildə təhdid edən məzmunların paylaşılmasına görə məsuliyyət nəzərdə tutulur. 

İnformasiya kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dövlət rəqəmsal mühitdəki etik və hüquqi normaları qorumaq üçün nəzarət rıçaqlarını gücləndirir və bu, vacibdir: 

- İnternetdə qanunsuzluğa yer yoxdur, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklə, sosial media üzərindən qeyri-etik çağırışlar və sövdələşmələr artıq konkret qanuni məsuliyyət və cərimə yaradır. Rəqəmsal məkan artıq daha ciddi nəzarətdədir. Prezident İlham Əliyevin rəqəmsal sahə ilə bağlı imzaladığı 4 fərman və 1 qanun, ölkəmizin rəqəmsal mühitini həm daha səmərəli, həm də daha təhlükəsiz etmək məqsədi daşıyır. Bu qərarlar dövlət xidmətlərində şəffaflığı artırmaqla yanaşı, internet məkanındakı mənfi hallara qarşı konkret hüquqi mexanizmlər yaradır. İnzibati Xətalar Məcəlləsinin 524.2-ci maddəsinə edilən dəyişiklik xüsusi diqqət çəkir. Artıq internet resursları və sosial media platformaları vasitəsilə fahişəliklə məşğul olmağa açıq çağırışlar edilməsi və ya bu məqsədlə sövdələşmələrin aparılması birbaşa inzibati məsuliyyət yaradır. Bu o deməkdir ki, kiber-məkan artıq hüquqi boşluq olan zona deyil; dövlət rəqəmsal mühitdəki etik və hüquqi normaları qorumaq üçün nəzarət rıçaqlarını gücləndirir. Digər tərəfdən, imzalanan 4 fərman dövlət qurumlarının rəqəmsal bazalarının bir-birinə tam inteqrasiyasını və vətəndaşların xidmətlərə daha sürətli, "vahid pəncərə" prinsipi ilə çıxışını təmin edir. Sürətli dövlət xidmətləri, İmzalanan fərmanlar dövlət xidmətlərinin tam elektronlaşmasını sürətləndirir. Məqsəd sənəd işlərini azaltmaq və hər bir vətəndaşın işini bir toxunuşla həll etməsidir. Kibertəhlükəsizlik prioritetdir. Bu addımlar həm fərdi məlumatlarımızı qoruyur, həm də internet mühitindəki mənfi təsirlərin qarşısını alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
69
17
sherg.az

10Источники